Menyu

Moskovadan İsrailə uçan təyyarədə nasazlıq yaranıb

Əsəd Abbaslı
Moskovadan İsrailə uçan təyyarədə nasazlıq yaranıb

Moskvadan Təl-Əvivə uçan "Red Wings Airlines" təyyarəsində uçuş zamanı problemlər yaranıb.

Operativ Media xəbər verir ki, bu barədə "Aviaincident" teleqram kanalı məlumat paylaşıb.

Məlumata görə, uçuşun başlamasından təxminən yarım saat sonra ekipaj burun şassisi qapısının bağlanmaması ilə bağlı şübhələr bildirib.

Nəticədə təyyarə komandiri Rusiya paytaxtına qayıtmaq qərarına gəlib. Təyyarə 80 dəqiqə səmada qaldığına görə yanacağı bitdiyindən Domodedovo Hava Limanına enib.

Xatırladaq ki, fevralın 25-də Rusiya aviaşirkətinə aid BƏƏ-yə uçan təyyarə qəfil istiqamətini dəyişərək başqa yerə enmişdi. Həmin təyyarədə fövqəladə vəziyyət yaranmışdı.

Teqlər:

"Moskovadan \u0130srail\u0259 u\u00e7an t\u0259yyar\u0259d\u0259 nasazl\u0131q yaran\u0131b"

Əlaqəli Xəbərlər