Beynəlxalq Ədalət Məhkəməsinə yeni sədr seçilib
Əsəd Abbaslı
Yaponiyalı hakimi Yuci İvasava BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sədri seçilib.
Operativ Media xəbər verir ki, bu haqda Məhkəmənin mətbuat xidməti məlumat yayıb.
O, bu vəzifəyə həmkarları tərəfindən yanvarın 14-də Livanın Baş naziri vəzifəsini icra etmək üçün vəzifəsini tərk edən Navaf Salamın istefasından sonra seçilib.
Xatırladaq ki, N. Salamın sədrlik müddəti 2027-ci il fevralın 5-də başa çatmalı idi. Qeyd edək ki, Y. İvasava 22 iyun 2018-ci ildən məhkəmənin üzvüdür. Əvvəllər o, Tokio Universitetində beynəlxalq hüquq professoru vəzifəsində çalışıb və BMT-nin İnsan Hüquqları Komitəsinin sədri olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net