Menyu

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları ilə bağlı vaqon fondu yaradıla bilər

Nərmin Qocamanlı
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları ilə bağlı vaqon fondu yaradıla bilər

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yükdaşımaların həcmi hər il artdığı üçün yük vaqonlarından ibarət fondun yaradılması məsələsi ortaya çıxıb.

Operativ Media xəbər verir ki, bu sözləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosasiyasının baş katibi Heydər Abdikərimov təşkilatın Bakıda keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, Orta Dəhliz marşrutu üzrə vaqon fondunun formalaşdırılması, o cümlədən “Qazaxıstan Dəmir Yolu” tərəfindən Azərbaycan və Gürcüstan Dəmir Yolları üçün vaqon dəstəyinin təmin edilməsi məsələlərinə baxılmalıdır.

Baş katib nəzərə çatdırıb ki, “Qazaxıstan Dəmir Yolları” “Azərbaycan Dəmir Yolları” QSC-yə vaqon yardımı göstərəcək.

H.Abdikərimov çıxışında onu da bildirib ki, cari ildə assosasiyanın Çinin Siyan şəhərində ofisinin açılması da planlaşdırılıb: “Çində ofisin açılması Avropada və Asiyanın digər dövlətlərində tranzit və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin yükdaşıma işlərini asanlaşdıracaq”.

Teqlər:

"Trans-X\u0259z\u0259r Beyn\u0259lxalq N\u0259qliyyat Mar\u015frutu \u00fczr\u0259 y\u00fckda\u015f\u0131malar\u0131 il\u0259 ba\u011fl\u0131 vaqon fondu yarad\u0131la bil\u0259r"

Əlaqəli Xəbərlər