Zelenski müharibənin bitməsi üçün birinci mərhələni açıqlayıb
Əsəd Abbaslı
Ukrayna prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişəyə son qoymağa hazır olmasından danışıb.
Operativ Media xəbər verir ki, onun sözlərinə görə, birinci mərhələ hava məkanında və dənizdə atəşkəslə genişmiqyaslı əsir mübadiləsi ola bilər.
Bura uzaq mənzilli PUA-ların istifadəsinə qadağa, enerji və digər infrastruktur obyektlərinə zərbələr endirilməsi, dənizdə atəşkəs daxildir. Zelenski qeyd edib ki, Rusiya da eyni şeyi etsə, Ukrayna bu şərtlərlə razılaşmağa hazırdır.
"Biz bütün növbəti addımları çox tez keçmək və yekun razılaşmanı razılaşdırmaq üçün ABŞ-la işləmək istəyirik", - deyə Zelenski yazıb.
Teqlər:
"Zelenski m\u00fcharib\u0259nin bitm\u0259si \u00fc\u00e7\u00fcn birinci m\u0259rh\u0259l\u0259ni a\u00e7\u0131qlay\u0131b"