Peskov: ABŞ-dən silah tədarükünün dayandırılması Ukraynanı danışıqlara sövq edəcək
Əsəd Abbaslı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada atəşkəslə bağlı danışıqlara qadağa qoyub. Bu da nizamlanma üzrə dialoqun mümkünlüyünü şübhə altına alır.
Operativ Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov "Life"a müsahibəsində deyib.
“Zelenski atəşkəs danışıqlarına qadağa qoyub. Bu, Prezidentin fərmanı ilə qadağan olunubsa, onunla necə danışıq apara bilərik?”- deyə Peskov vurğulayıb.
O hesab edir ki, ABŞ-nin Ukraynaya hərbi yardımının dondurulması Kiyevi münaqişənin sülh yolu ilə həllinə meylləndirə bilər.
"Vaşinqtondan tədarük dayandırılarsa, Ukrayna silah-sursat, avadanlıq və kəşfiyyat məlumatlarının böyük hissəsini itirəcək" - deyə Kreml rəsmisi əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net