Qəzzanın bərpasına ayrılacaq məbləq açıqlanıb
Əsəd Abbaslı
Misirin hazırladığı plana əsasən Qəzza bölgəsinin yenidənqurulması və bərpası 38 milyard dollara başa gələcək.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV-lər Ərəb Liqası üzv-dövlətlərinin müzakirəyə çıxaracağı sənədin layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Fələstinin Qəzza zolağının bərpası planında 38 milyar dolların ayrılması nəzərdə tutulur, bu vəsaitin böyük hissəsi evlərin yenidlənqurulmasına sərf olunacaq.
Sənəd layihəsinə əsasən, bərpa prosesi iki mərhələli şəkildə aparılacaq. Birinci mərhələ iki il, ikinci mərhələ isə iki il yarım müddətinə davam edəcək. Planda həmçinin, yenidənqurma və bərpa işləri zamanı sakinlərin bir neçə şəhərdə müvəqqəti yaşayış evləri ilə təmin olunması nəzərdə tutulub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net