05 Mart 2025, 11:27
"Şamaxı" 850-ci qola imza atıb
"Səbail" ilə oyun "Şamaxı" üçün əlamətdar olub.
"Şamaxı" 850-ci qola imza atıb şəkil
"Şamaxı" 850-ci qola imza atıb

“Şamaxı” Azərbaycan çempionatlarında 850-ci qolunu vurub.

"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 25-ci turuna təsadüf edib. Ayxan Abbasovun yetirmələri səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib. 

Bu görüşdəki ilk qol bölgə təmsilçisi üçün yubiley xarakteri daşıyıb. 850-ci topun müəllifi Vasiliye Bakiç olub. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşıyan komanda 682-ci görüşdə bu göstəriciyə çatıb. Vurulan 851 qoldan 458-i evdə, 393-ü səfərdə qeydə alınıb.

Qeyd edək ki, “Şamaxı” bu göstəricidə yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb