Menyu

"Monako" yaponiyalı yarımmüdafiəçi ilə müqaviləni uzadıb

Əziz Əzizli
"Monako" yaponiyalı yarımmüdafiəçi ilə müqaviləni uzadıb
1 dəq oxu

"Monako" klubunun yarımmüdafiəçisi Takumi Minamino klubu ilə müqavilə müddətini uzadıb.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yaponiyalının yeni müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Minamino 2022-ci ilin yayından “Monako”da çıxış edir. O, bütün yarışlar daxil olmaqla 89 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçi daha əvvəl "Liverpul", "Sauthempton", "Zalsburq" və "Serezo Osaka"da çıxış edib.

Əlaqəli Xəbərlər