Menyu

Azərbaycan millisinin sabiq üzvü Rusiyada həbs edildi

Əziz Əzizli
Azərbaycan millisinin sabiq üzvü Rusiyada həbs edildi

Azərbaycan millisinin sabiq futbolçusu Abdulla Abatsiyev Moskvada həbs olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın “Sport Baza” teleqram kanalında yazılıb.

31 yaşlı sabiq yarımmüdafiəçi fırıldaqçı dəstədə kuryer rolunu oynamaqda ittiham olunur. Həmin dəstə 79 yaşlı təqaüdçünü aldadaraq 14 milyon rublu (265 min 188 manat) onlara verməyə inandırıb.

Qeyd edək ki, Abdulla Abatsiyev Azərbaycan millisinin heyətində 1 oyun keçirib. O, 2014-cü ilin mayında ABŞ-la yoldaşlıq görüşündə (0:2) iştirak edib.

Teqlər:

"Az\u0259rbaycan millisinin sabiq \u00fczv\u00fc Rusiyada h\u0259bs edildi"

Əlaqəli Xəbərlər