05 Mart 2025, 14:54
"Nürnberq"in hücumçusu: "Mahir Emrelinin komandada qalmağına şadam"
"Nürnberq"in yunanıstanlı hücumçusu Stefanos Tsimas azərbaycanlı komanda yoldaşı Mahir Emreli haqda danışıb.

Almaniyanın “Nürnberq” futbol klubunun hücumçusu Stefanos Tsimas II Bundesliqanın 24-cü turunun “Hannover”lə oyununu (1:2) şərh edərkən komandanın azərbaycanlı hücumçusu Mahir Emreli haqda da fikirlərini bildirib.
"Operativ Media" xəbər verir ki, yunanıstanlı hücumçu Mahir Emrelinin "Nürnberq"də qalmağına şad olduğunu bildirib.
“Bəlkə də bəzən iki hücumçu ilə oynayanda özümü daha yaxşı hiss edirəm. Çünki o zaman daha çox yerim olur. Emrelinin klubda qalmasına şadam, çünki biz artıq birlikdə yaxşı işləmişik".
Qeyd edək ki, Emreli qışda Cənubi Koreya "Seul"una keçməyə yaxın olsa da, razılaşma baş tutmamışdı.