AMB və Gürcüstan Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Operativ Media xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib.
Görüş zamanı qurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirə edilib:
"Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən məmnun olduq. Görüş zamanı qurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirə etdik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq. Əməkdaşlıq əlaqələrinin daha da gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzaladıq. Bu memorandum hər iki ölkənin mərkəzi bankları arasında tərəfdaşlığın inkişafına və maliyyə sektorlarının möhkəmlənməsinə töhfə verəcəkdir. Əminik ki, bu əməkdaşlıq uzunmüddətli və uğurlu olacaqdır", - deyə o paylaşımda qeyd edib.
Teqlər:
"AMB v\u0259 G\u00fcrc\u00fcstan Milli Bank\u0131 aras\u0131nda Anla\u015fma Memorandumu imzalan\u0131b"