Menyu

Azərbaycan millisinin üzvü oynadı, "Eqnatia" qələbə qazandı

Əziz Əzizli
Azərbaycan millisinin üzvü oynadı, "Eqnatia" qələbə qazandı
1 dəq oxu

Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geyindiyi "Eqnatia" növbəti görüşünə çıxıb.

"Operativ Media" xəbər verir ki, "Eqnatia" doğma meydanda "Dinamo Tirana" komandasını qonaq edib. Matç ev sahibi komandanın 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Zamiq Əliyev bu matça start heyətində başlayıb və oyunun əsas vaxtına əlavə edilmiş 7-ci dəqiqədə əvəzlənib.

Bu qələbədən sonra xallarının sayını 52-ə çatdıran "Eqnatia" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Əlaqəli Xəbərlər