Menyu

Elçin Məsiyev: “Bu təyinat bizə güvəndiklərini göstərir”

Əziz Əzizli
Elçin Məsiyev: “Bu təyinat bizə güvəndiklərini göstərir”

Bu təyinat bizə güvəndiklərini göstərir.

"Operativ Media" xəbər verir ki, bunu FİFA referisi Elçin Məsiyev AFFA-nın saytına açıqlamasında bildirib.

“Çox sevincliyik, olduqca vacib təyinatdır. Bu, A millilərin Avropa çempionatından sonra UEFA-nın milli səviyyəsində ən böyük ikinci turniridir. Bildiyiniz kimi, ötən ilin dekabrında I kateqoriyaya yüksəldim. Bu səbəbdən qısa müddətdə belə mötəbər yarışa təyinat alacağımı gözləmirdim. Bu, bizə güvəndiklərini göstərir. Bu amil ikiqat sevindiricidir. Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq. Hədəfimiz uğurlu idarəçilik etmək və final matçına təyinat almaqdır”.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə təşkil olunacaq.

Teqlər:

"El\u00e7in M\u0259siyev: \u201cBu t\u0259yinat biz\u0259 g\u00fcv\u0259ndikl\u0259rini g\u00f6st\u0259rir\u201d"

Əlaqəli Xəbərlər