06 Mart 2025, 16:00
Qətər 2025-ci ildə iki FİFA turnirinə ev sahibliyi edəcək
Qətər 2025-ci ildə iki FİFA turnirinə ev sahibliyi edəcək.
Qətər 2025-ci ildə iki FİFA turnirinə ev sahibliyi edəcək şəkil
Qətər 2025-ci ildə iki FİFA turnirinə ev sahibliyi edəcək

FİFA 2025-ci ildə təşkilatın himayəsi altında iki turnirin keçiriləcəyi tarixləri və yerləri təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, noyabrın 3-dən 27-dək Qətərdə FİFA U-17 dünya çempionatı, dekabrın 1-dən 18-dək isə FIFA Ərəb Millətlər Kuboku keçiriləcək.

Ərəb Millətləri Kubokunda ərəb dünyasının 16 ən yaxşı komandası iştirak edəcək, gənclər arasında dünya çempionatı isə ilk dəfə geniş formatda keçiriləcək. 48 milli komanda 25 gün ərzində 104 qarşılaşmada iştirak edəcək.

“Qətər yenidən futbol vasitəsilə regionun və dünyanın hər yerindən insanları birləşdirəcək. Biz oyunçuları və azarkeşləri dünya səviyyəli imkanlar və unudulmaz təcrübə ilə təmin etməyi səbirsizliklə gözləyirik” deyə Qətərin İdman və Gənclər naziri və iki turnirin təşkilat komitəsinin rəhbəri Şeyx Həməd bin Xəlifə Al Tani bildirib.

Qətər bundan əvvəl 2022 FIFA Dünya Kuboku, 2023 Asiya Kuboku, 2021 Ərəb Millətlər Kuboku və bir çox digər böyük turnirlərə uğurla ev sahibliyi edib. Ölkə 2029 və 2033-cü illərdə gənclər arasında dünya çempionatının növbəti beş buraxılışına, eləcə də Ərəb Millətlər Kubokuna ev sahibliyi edəcək

Son xəbərlər
Rusiya klubu Premyer Liqadan kənarlaşdırıldı
Bakı-Ürgənc reyslərinin qiyməti açıqlanıb
XİN Abu-Dabi görüşünün yekunlarına dair bəyanat yayıb
"Karvan" qapıçısı ilə müqaviləni yenilədi
Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan danışıqlarında müddətinə görə tarixə düşüb
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
10 İyul 2025, 14:29
Bakı metrosunda I yarımildə daşınan sərnişin sayı açıqlanıb
Əbu-Dabidə Azərbaycan-Ermənistan danışıqları - YENİLƏNİR