07 Mart 2025, 10:05
Cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku Qubada keçiriləcək
Cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku Qubada keçiriləcək.
Cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku Qubada keçiriləcək şəkil
Cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku Qubada keçiriləcək

Azərbaycan üçüncü dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edəcək.

"Operativ Media" xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış 3-4 may 2025-ci ildə Quba Olimpiya İdman Kompleksində baş tutacaq.

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, ölkəmiz cüdo üzrə beynəlxalq turnirlərin keçirilməsində böyük təcrübə əldə edib: “Artıq ənənə halını almış yeniyetmələrin Avropa Kuboku bu dəfə fərqli regionda – Qubada baş tutacaq. Daha əvvəllər ölkəmizdə analoji turnir iki dəfə Göygöldə keçirilib. Sözügedən yarışların təşkilində əsas məqsəd yeniyetmə idmançılarımızın beynəlxalq yarış təcrübəsini artırmaqla bərabər cüdonun ölkəmizin müxtəlif regionlarında kütləviləşdirilməsinə nail olmaqdır.”.

Qeyd edək ki, turnirdən sonra 5-7 may tarixlərində Qubada yeniyetmə cüdoçuların beynəlxalq təlim-məşq toplanışı baş tutacaq.

Son xəbərlər
Bakı metrosunda I yarımildə daşınan sərnişin sayı açıqlanıb
Əbu-Dabidə Azərbaycan-Ermənistan danışıqları - YENİLƏNİR
Azərbaycan və Ermənistan liderləri arasında görüşün ilkin nəticələri açıqlanıb
Aİ Azərbaycan-Ermənistan danışıqlarını alıqışlayır
Murad Musayev: "Sabah" sonuncu pillədə gedirdi, növbəti mövsüm isə gözəl futbolla gümüş qazandıq"
Əbu-Dabi danışıqları başa çatıb - YENİLƏNİB
10 İyul 2025, 14:01
Xocalı soyqırımı zamanı yaralanmış şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir
Ermənistanda daha 7 nəfər terrorçuluqda şübhəli bilinərək saxlanılıb