Menyu

"Fənərbaxça"nın müdafiəçisi 1 aylıq sıradan çıxdı

Əziz Əzizli
"Fənərbaxça"nın müdafiəçisi 1 aylıq sıradan çıxdı
1 dəq oxu

"Fənərbaxça"nın müdafiəçisi Çağlar Söyüncü zədə səbəbindən təxminən bir ay futbol oynaya bilməyəcək.

"Operativ Media" xəbər verir ki, 28 yaşlı oyunçunun sağ ayaq əzələsində zədə aşkarlanıb. O, Avropa Liqasının 1/8 final mərhələsində "Reyncers"lə (Şotlandiya) keçirilən ilk matçda zədələnib.

İstanbulda baş tutan bu görüşdə "Fənərbaxça" 1:3 hesabı ilə məğlub olub. Söyüncünün bərpa prosesinin necə keçəcəyi və nə vaxt meydana qayıdacağı yaxın günlərdə dəqiqləşəcək.

Əlaqəli Xəbərlər