08 Mart 2025, 10:32
"Karvan" klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib
Yevlax şəhər gənclər evində I Liqada mübarizə aparan “Karvan” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
"Karvan" klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib şəkil
"Karvan" klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib

"Karvan" klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

"Operativ Media" xəbər verir ki, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda "Danışılmış oyunlar"a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Seminar iştirakçılarına bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvana məlumat göndərə bilərlər.

Son xəbərlər
"Karvan" beş futbolçusu ilə vidalaşdı
Sertifikasiyadan keçə bilməyən 8 minə yaxın müəllimin fəaliyyətinə xitam verilib
Maskerano: "Mənim üçün Messi futbol tarixinin ən yaxşı oyunçusudur"
Qan təzyiqini aşağı salmağa kömək edən 6 təsirli içki
Bazar günü 34 mindən çox abituriyent imtahan verəcək
Azərbaycan və Səudiyyə Ərəbistanı enerji əməkdaşlığını genişləndirir - YENİLƏNİB
DYP yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb