Azərbaycan cüdoçuları Avropa Kubokuna 3 medalla başladı
Əziz Əzizli
Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında Avropa Kubokuna start verilib.
"Operativ Media" xəbər verir ki, yarışın ilk günündə millimiz aktivinə 1 gümüş və 2 bürünc medal yazdırıb.
Qızların mübarizəsində -48 kq çəkidə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova bürünc medalın sahibi olub. Oğlanlar arasında -60 kq çəki dərəcəsində Röyal Qayıbov bürünc medal qazanıb.
Teqlər:
"Az\u0259rbaycan c\u00fcdo\u00e7ular\u0131 Avropa Kubokuna 3 medalla ba\u015flad\u0131"