Menyu

“Atletiko”nun hücumçusu Korrea 12 oyunluq cəzalandırıla bilər

Əziz Əzizli
“Atletiko”nun hücumçusu Korrea 12 oyunluq cəzalandırıla bilər

"Atletiko Madrid"in hücumçusu Anxel Korrea La Liqanın 27-ci turunda "Xetafe" ilə matçda (1:2) baş hakim Gilyermo Kuadra Fernandesi söydüyü üçün uzun müddət diskvalifikasiya ala bilər.

"Operativ Media" xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.

Matçın sonunda forvard qırmızı vərəqə alıb, bundan sonra o, hakimin və onun anasının ünvanına bir sıra nalayiq ifadələr işlədib, hakimi kobud şəkildə təhqir edib. Sözlər oyunun protokoluna daxil edilib. Korreanı 4-12 oyunluq cəza gözləyir.

Argentinalı futbolçu meydandan qovulduqdan sonra matçın sonunda iki qol buraxan “Atletiko” məğlub olub.

Dieqo Simeonenin komandası 27 turdan sonra 56 xal toplayıb və La Liqa cədvəlində üçüncüdür. Korrea bu mövsüm bütün turnirlərdə 38 oyun keçirib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Teqlər:

"\u201cAtletiko\u201dnun h\u00fccum\u00e7usu Korrea 12 oyunluq c\u0259zaland\u0131r\u0131la bil\u0259r"

Əlaqəli Xəbərlər