Menyu

Azərbaycan boksçusu DÇ-də 1/8 final mərhələsinə yüksəldi

Əziz Əzizli
Azərbaycan boksçusu DÇ-də 1/8 final mərhələsinə yüksəldi
1 dəq oxu

Mundialın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.

Operativ Media 50 kq-da mübarizə aparan Marjona Savriyeva debütdə Mihaela Badesku (Rumıniya) ilə döyüşüb. Rəqib ikinci raundda zədələndiyindən həkimlər görüşün davamına icazə verməyiblər. İlk raundu xeyrinə bitirən Savriyeva mərhələ adlayıb. 

O, 1/8 finalda ilk mərhələdən azad olan bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək. Döyüş martın 11-də baş tutacaq.

Qeyd edək ki, mundialın ikinci günündə millimizin 2 boksçusu gücünü yoxlayacaq.

Əlaqəli Xəbərlər