Menyu

Azərbaycan milli komandalarının oyun təqvimləri açıqlandı - FOTO

Əziz Əzizli
Azərbaycan milli komandalarının oyun təqvimləri açıqlandı - FOTO

Reqlamentə əsəsən hər iki yarış üç turdan ibarət olacaq.

Operativ Media xəbər verir ki, bütün turların nəticələri bir turnir cədvəlində toplanacaq. Yekunda ilk 4 yeri tutacaq yığmalar “Dördlər finalı”na yüksələcəklər. Qadınların yarışında 12 ölkənin milli komandası, kişilərin mübarizəsində isə 8 ölkənin millisi iştirak edəcək.

Avropa Qızıl Liqasında çıxış edəcək qadınlardan ibarət milli komandamızın rəqibləri Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya və Xorvatiya yığmaları olacaq. 

Avropa Gümüş Liqasında çıxış edəcək kişilərdən ibarət milli komandamız isə Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya və Farer adaları komandalarına qarşı mübarizə aparacaq.

Qeyd edək ki, qadınların Qızıl Liqasının ilk turu, kişilərin Gümüş Liqasının isə 2-ci turu Bakıda baş tutacaq.

Komandalarımızın oyunlarının təqvimi:

Avropa Qızıl Liqası (qadınlar)

I TURNİR (AZƏRBAYCAN)

30.05.2025

18:00 Macarıstan - Azərbaycan  

31.05.2025

18:00 Sloveniya – Macarıstan  

01.06.2025

18:00 Azərbaycan – Sloveniya

Oyunlar GİN-nin Voleybol Mərkəzində keçiriləcək.

II TURNİR (SLOVAKİYA)

06.06.2025

20:00 Azərbaycan – Slovakiya

07.06.2025

18:00 Monteneqro – Azərbaycan

08.06.2025

18:00 Slovakiya – Monteneqro

III TURNİR (XORVATİYA)

13.06.2025

16:30 Azərbaycan - Xorvatiya

14.06.2025

16:30 Rumıniya - Azərbaycan

15.06.2025

16:30 Xorvatiya – Rumıniya

Avropa Gümüş Liqası (kişilər)

I TURNİR (İSVEÇ)

06.06.2025

17:00 Azərbaycan - İsveç

07.06.2025

17:00 Gürcüstan - Azərbaycan

08.06.2025

17:00 İsveç – Gürcüstan

 II TURNİR (AZƏRBAYCAN)

13.06.2025

18:00 Lüksemburq - Azərbaycan

14.06.2025

18:00 Macarıstan – Lüksemburq

15.06.2025

18:00 Azərbaycan - Macarıstan

 III TURNİR (FARER ADALARI)

20.06.2025

19:00 Azərbaycan - Farer adaları

21.06.2025

17:00 Avstriya – Azərbaycan

22.06.2025

17:00 Farer adaları – Avstriya

Oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.

Teqlər:

"Az\u0259rbaycan milli komandalar\u0131n\u0131n oyun t\u0259qviml\u0259ri a\u00e7\u0131qland\u0131 - FOTO"

Fotogalereya

Əlaqəli Xəbərlər