10 Mart 2025, 12:40
Xalq artisti Afaq Bəşirqızı: "Atamın evdə futbola tək baxmasından qorxurduq"
Peşəkar Futbol Liqasının mətbuat xidməti xalq artisti Afaq Bəşirqızından müsahibə götürüb.
Xalq artisti Afaq Bəşirqızı: "Atamın evdə futbola tək baxmasından qorxurduq" şəkil
Xalq artisti Afaq Bəşirqızı: "Atamın evdə futbola tək baxmasından qorxurduq"

Bu gün Milli Teatr Günüdür.

Operativ Media xəbər verir ki, Peşəkar Futbol Liqası bu əlamətdar günə biganə qalmayıb.

Qurumun mətbuat xidməti Xalq artisti Afaq Bəşirqızı ilə müsahibə hazırlayıb: 

"Futbol bütün dövrlərdə sənətindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq əksəriyyətin sevgi mənbəyi olub. Onların arasında öz dövrünün tanınmış simaları da var. Azərbaycanda aktryorluq sənətinin dahilərindən olan, Kinoda və teatr səhnəsində özünəməxsus tərzi ilə tamaşaçıların ürəyini fəth edən Azərbaycan SSR-i xalq artisti Bəşir Səfəroğlunun ürəyini həm də futbol fəth edib, onu bu sevgini hətta yaradıcılığına da bağlamağa məcbur edib.Bəşir Səfəroğlunun yadigarı, onun yolunu layiqincə davam etdirən Xalq artisti Afaq Bəşirqızı bildirib ki, futbol sevgisi atasının həyat tərzinə çevrilmişdi. Afaq Bəşirqızının sözlərinə görə, atası evdə futbola tək baxan zaman gözlərinə inanmadıqları vəziyyətlə qarşılaşıblar. Evin mebellərini tez-tez yeniləməyi xoşlayan Bəşir Səfəroğlu həmin vaxt futbola o qədər aludə olub ki, özü də fərqində olmadan qohumuna mənzilin əşyalarını aparmaq üçün şərait yaradıb. Kino və teatr meydanında hər zaman qalib olaraq qısa həyat cədvəlinə qızıl xallar yazdıran Bəşir Səfəroğlu qəlblərdə yüksəldiyi zirvədən heç vaxt enməyəcək. Sevənləri isə hər xatırladıqlarında onun simasında həm də futbolu sevəcək. Xalq artisti Afaq Bəşirqızı atası ilə bağlı xatirələrini PFL-in Milli Teatr Günü ilə bağlı hazırladığı süjetdə bölüşüb".

Son xəbərlər
Pakistanda leysan yağışlar 11 nəfərin ölümünə səbəb olub
Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə danışıqlar aparıb
Emin Əmrullayev Ruandanın Türkiyədəki səfiri ilə görüşüb
"Sumqayıt" ilk transferini açıqladı
Rubio və Lavrovun müzakirə etdiyi məsələlər açıqlanıb
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3,4 milyondan çox sərnişinə xidmət edib
Rusiya Azərbaycandan idxal edilmiş 18 ton şaftalıda "ziyanverici bakteriya" olduğunu iddia edir
Azərbaycanda bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib