Menyu

Azərbaycan millisinin kapitanı: "5-ci dəfə Macarıstan kubokunun qalibi oldum"

Əziz Əzizli
Azərbaycan millisinin kapitanı: "5-ci dəfə Macarıstan kubokunun qalibi oldum"

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimovanın şərəfini qoruduğu “Vasas Obuda” finalda “KNRC” klubunu 3:1 hesabı ilə məğlub edərək 5-ci dəfə Macarıstan kubokuna sahib çıxıb.

Operativ Media xəbər verir ki, o, bütün diqqətlərini Macarıstan liqasına və avrokuboklara verdiklərini bildirib.

“Təbriklər üçün hər kəsə təşəkkür edirəm. Mən 5-ci dəfə Macarıstan kubokunun qalibi oldum. Buna görə çox sevincliyəm. Final oyunu gərgin alındı, buna baxmayaraq, 3:1 qalib gəldik. Komandamızı təbrik edirəm. Ümumiyyətlə, mövsüm bizim üçün çox sıx qrafiklə davam edir. Kubok başa çatsa da Macarıstan liqasında və avrokubokda mübarizəmiz davam edir. Hazırda bütün fikirlərimiz avrokubokdadır. Bilirsiniz ki, sabah çox vacib oyunumuz olacaq. CEV kubokunun yarımfinalında cavab qarşılaşmasına çıxacağıq. Bütün oyunçular, məşqçilər heyəti, hamımız sabahkı oyuna köklənmişik”.

Teqlər:

"Az\u0259rbaycan millisinin kapitan\u0131: \"5-ci d\u0259f\u0259 Macar\u0131stan kubokunun qalibi oldum\""

Əlaqəli Xəbərlər