10 Mart 2025, 16:54
Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək
Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək.
Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək şəkil
Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək

Martın 16-17-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Operativ Media xəbər verir ki, yeniyetmə və gənclər arasında turnir Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.

Ölkə birinciliyində 2007-2012-ci il təvəllüdlü 100-dən çox idmançı müxtəlif yaş kateqoriyalarında akademik, kayak və kanoe növlərində mübarizə aparacaq.

İdmançılar akademik növdə 1, 2 və 4 nəfərlik qayıqlarda 500, 1000 və 1500 metr, 1 nəfərlik kanoedə 200, 500 və 1000 metr, 1, 2 və 4 nəfərlik kayakda 200, 500 və 1000 metr məsafələrdə medal qazanmağa çalışacaqlar.

İlk dəfə ölkədaxili turnirlərdə 4 nəfərlik kayak qayığında yarış keçiriləcək. Qaliblər diplom və medallarla mükafatlandırılacaq.

Son xəbərlər
Suriya Prezidenti Azərbaycana rəsmi səfər edib
FHN əhaliyə müraciət edib
Bazar günü 41 dərəcə isti olacaq - PROQNOZ
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Gecikdirilmiş 160 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib
"Qarabağ" dünya reytinqində 12 pillə gerilədi
Azərbaycan Ordusunda müxtəlif xarici dillər üzrə təşkil olunmuş kursların buraxılış mərasimi keçirilib
Sumqayıtda 55 yaşlı kişi qətlə yetirilib, kürəkəni saxlanılıb