Menyu

Rusiya və Qrenadanın yoldaşlıq oyunu FİFA-nın reytinq cədvəlinə daxil ediləcək

Əziz Əzizli
Rusiya və Qrenadanın yoldaşlıq oyunu FİFA-nın reytinq cədvəlinə daxil ediləcək

Rusiya və Qrenada milli komandaları arasında yoldaşlıq görüşü FİFA reytinqində nəzərə alınacaq.

Operativ Media xəbər verir ki, bu haqda Rusiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Rusiya millisi Qrenada ilə martın 19-da Moskvadakı “Dinamo” stadionunda qarşılaşacaq. 

Qrenada FİFA reytinqində 174-cü yerdədir. Komanda heç vaxt Dünya Kubokuna vəsiqə qazanmayıb və CONCACAF Qızıl Kubokunun qrup mərhələsini heç vaxt keçə bilməyib. Rusiya millisi FİFA reytinqində 34-cü pillədə qərarlaşıb.

Rusiya klubları və komandaları UEFA və FİFA-nın sanksiyaları səbəbindən 2022-ci ilin fevral ayından etibarən beynəlxalq turnirlərdən kənarlaşdırılıb.

Teqlər:

"Rusiya v\u0259 Qrenadan\u0131n yolda\u015fl\u0131q oyunu F\u0130FA-n\u0131n reytinq c\u0259dv\u0259lin\u0259 daxil edil\u0259c\u0259k"

Əlaqəli Xəbərlər