Menyu

Dünya reytinqi: "Qarabağ" gerilədi, "Sabah" irəlilədi

Əziz Əzizli
Dünya reytinqi: "Qarabağ" gerilədi, "Sabah" irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini açıqlayıb.

Operativ Media xəbər verir ki, cədvələ dünyanın ən güclü 501 komandası salınıb.

Azərbaycanın 3 klubu siyahıya düşüb. “Qarabağ” reytinqdə geriləyib. Aktivində 147,75 xal olan Ağdam təmsilçisi 16 pillə geriləyərək 103-cü yerə düşüb.

“Zirə”də də geriləmə müşahidə olunub. Ötən ay 208-ci olan qəsəbə komandası hazırda 98,25 xalla 219-cu yerdədir.

“Sabah” isə 61 pillə irəliləyib. Bakılılar 68,5 xalla 353-cüdür.

Qeyd edək ki, dünya reytinqinə 507 xalla “Real” başçılıq edir.

Teqlər:

"D\u00fcnya reytinqi: \"Qaraba\u011f\" geril\u0259di \"Sabah\" ir\u0259lil\u0259di"

Əlaqəli Xəbərlər