Menyu

Azərbaycanın daha bir boksçusu DÇ-də 1/8 finala yüksəldi

Əziz Əzizli
Azərbaycanın daha bir boksçusu DÇ-də 1/8 finala yüksəldi
1 dəq oxu

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Operativ Media xəbər verir ki, Aynur Mikayılova (57 kq) 1/16 final çərçivəsində Xurşid Mohammadini (Əfqanıstan) mübarizədən kənarlaşdırıb.

Boksçumuz döyüşün taleyini ilk raundda həll edib. O, rəqibinə tam üstünlüklə qalib gəlib.

Mikayılova 1/8 finalda ilk mərhələdən azad olan Esra Yıldız Kahramanla (Türkiyə) üz-üzə gələcək. Görüş martın 12-də olacaq.

Əlaqəli Xəbərlər