Menyu

Azərbaycan PL: "Sumqayıt" tarixdə 10-cu böyükhesablı qələbəsini qazandı

Əziz Əzizli
Azərbaycan PL: "Sumqayıt" tarixdə 10-cu böyükhesablı qələbəsini qazandı

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

Operativ Media xəbər verir ki, bu, 26-cı turun “Kəpəz”lə ev oyununa təsadüf edib. Vaqif Cavadovun baş məşqçisi olduğu komanda 3:0 hesabı ilə qalib gəlib.

Bu, klub tarixində Premyer Liqadakı yubiley – 10-cu böyükhesablı qələbədir. Bunlardan 6-sı evdə, 4-ü səfərdə qeydə alınıb.

“Sumqayıt” sonuncu böyükhesablı qələbəsini 2024-cü il aprelin 19-da qazanmışdı. “Gənclik şəhəri” təmsilçisi səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu, həm də Cavadovun baş məşqçi kimi Premyer Liqada ilk böyükhesablı qələbəsi olub.

Teqlər:

"Az\u0259rbaycan PL: \"Sumqay\u0131t\" tarixd\u0259 10-cu b\u00f6y\u00fckhesabl\u0131 q\u0259l\u0259b\u0259sini qazand\u0131"

Əlaqəli Xəbərlər