Fransalı futbolçu Pol Poqbanın dopinq qadağası başa çatıb
Əziz Əzizli
Cəzasını başa vurduqdan sonra azad agent olan Poqba yeni komanda ilə müqavilə imzalayacağı təqdirdə futbola qayıda biləcək.
Operativ Media xəbər verir ki, İtaliya Antidopinq Təşkilatı tərəfindən dopinq qəbul etdiyinə görə 4 il cəza alan 31 yaşlı futbolçu qərardan apellyasiya şikayəti vermişdi və İdman Arbitraj Məhkəməsi (CAS) cəzanı 1,5 ilə endirmişdi.
Poqba 2023-cü ilin sentyabrında "Yuventus"da debüt etdiyi "Empoli" ilə matçdan bəri yaşıl meydandan uzaqdadır.
"Yuventus" fransalı yarımmüdafiəçi ilə müqaviləni 2024-cü ilin noyabrında ləğv edib.
Teqlər:
"Fransal\u0131 futbol\u00e7u Pol Poqban\u0131n dopinq qada\u011fas\u0131 ba\u015fa \u00e7at\u0131b"