11 Mart 2025, 16:03
Fernandu Santuşun mətbuat konfransının vaxtı açıqlandı
Fernandu Santuş martın 13-də milli komandanın yoldaşlıq görüşləri üçün heyətini açıqlayacaq.

Martın 13-də, saat 11:00-da AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
Operativ Media xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.
Mətbuat konfransında milli komandamızın yoldaşlıq görüşü çərçivəsində martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti və martın 25-də “Bank Respublika Arena”da Belarus yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.