Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Operativ Media xəbər verir ki, günün birinci matçında Dortmund “Borussiya”sı səfərdə “Lill”in qonağı olacaq. Komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınıb.
Günün mərkəzi oyunu Madriddə olacaq. “Real” ilk oyunda 2:1 hesabla üstələdiyi “Atletiko”nun qonağı olacaq.