Menyu

Azərbaycan millisi Lüksemburqla qarşılaşacaq

Əziz Əzizli
Azərbaycan millisi Lüksemburqla qarşılaşacaq
1 dəq oxu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək.

Operativ Media xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Lüksemburq yığması ilə üz-üzə gələcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı albaniyalı baş hakim idarə edəcək. Matç saat 16:00-da başlayacaq.

Qrupun digər oyununda saat 11:00-da Bolqarıstan və Malta seçmələri üz-üzə gələcəklər.

Qeyd edək ki, qrupun bütün oyunları Bakıda keçiriləcək.

12 mart

Azərbaycan (U-17, Qadınlar) – Lüksemburq (U-17, Qadınlar)

Bayıl stadionu. Saat 16:00

Baş hakim: Eglantina Pjetrushaj (Albaniya)

Baş hakimin köməkçiləri: Erinda Kume (Albaniya), Sopo Tsulaia (Gürcüstan)

Dördüncü hakim: Mzevinari Sharashanidze (Gürcüstan)

Əlaqəli Xəbərlər