Azərbaycan millisinin Haiti və Belarusla oyunlarının təyinatları açıqlandı
Əziz Əzizli
Azərbaycan milli komandasının martın 22-də Haiti və martın 25-də Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları müəyyənləşib.
Operativ Media xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə baş tutacaq görüşü Türkiyədən, “Bank Respublika Arena”da Belarusla təşkil olunacaq qarşılaşmanı isə Gürüstandan olan baş hakim idarə edəcək.
Hər iki matç saat 21:45-də başlayacaq.
22 mart
Azərbaycan - Haiti
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 21:45
Baş hakim: Kadir Sağlam (Türkiyə)
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)
Dördüncü hakim: Fərid Hacıyev (Azərbayan)
25 mart
Azərbaycan - Belarus
“Bank Respublika Arena”. Saat 21:45
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)
Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)
Teqlər:
"Az\u0259rbaycan millisinin Haiti v\u0259 Belarusla oyunlar\u0131n\u0131n t\u0259yinatlar\u0131 a\u00e7\u0131qland\u0131"