Özbəkistanın olimpiya çempionu Bakıda təlim-məşq toplanışı keçəcək
Əziz Əzizli
Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Lazizbek Mullajonov (92 kq) Bakıya gəlib. Özbəkistanlı boksçu ölkəmizdə təlim-məşq toplanışı keçəcək.
Operativ Media xəbər verir ki, onun Azərbaycandakı 30 günlük məşq prosesində məqsəd paytaxtımızda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıqdır.
Olimpiya çempionu ağır çəkili boksçularımız Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevlə (+92 kq) birgə məşq edəcək. Bu onların turnirə yaxşı hazırlaşması üçün faydalı olacaq.
Qeyd edək ki, Mullajonovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Parisdəki Olimpiadanın finalındakı rəqibi Alfonso Dominqes qarşılayıb.
Teqlər:
"\u00d6zb\u0259kistan\u0131n olimpiya \u00e7empionu Bak\u0131da t\u0259lim-m\u0259\u015fq toplan\u0131\u015f\u0131 ke\u00e7\u0259c\u0259k"