Menyu

Azərbaycan taekvondoçusu dünya reytinqində ikinci pillədə qərarlaşıb

Əziz Əzizli
Azərbaycan taekvondoçusu dünya reytinqində ikinci pillədə qərarlaşıb

Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edən Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun 2025-ci ilin mart ayı üçün açıqlanmış dünya reytinqində mövqeyi müəyyənləşib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Avropa çempionu 124.32 xalla ikinci pillədə qərarlaşıb. Onun mövqeyində dəyişiklik olmayıb.

Maqomedovun Paris-2024-ün finalında məğlub olduğu Cənubi Koreya təmsilçisi Park Taejoon birincidir.

Xatırladaq ki, Maqomedov Olimpiadada qızıl medal uğrunda görüşdə zədələndiyi üçün döyüş vaxtından əvvəl başa çatmışdı.

Teqlər:

"Az\u0259rbaycan taekvondo\u00e7usu d\u00fcnya reytinqind\u0259 ikinci pill\u0259d\u0259 q\u0259rarla\u015f\u0131b"

Əlaqəli Xəbərlər