12 Mart 2025, 16:18
HHQ-nin helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib
Bu gün HHQ-nin helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.
HHQ-nin helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib şəkil
HHQ-nin helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.

Operativ Media bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.

Daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər.Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar plana uyğun olaraq, helikopterlərlə havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.

Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında pilotlarımız yüksək peşəkarlıq nümayiş etdiriblər.

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib