Ana səhifə / İdman / Azərbaycanın daha bir boksçusu DÇ-də 1/4 finala yüksəldi Azərbaycanın daha bir boksçusu DÇ-də 1/4 finala yüksəldi 12.03.2025, 16:55 Əziz Əzizli Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatında mərhələ adlayıb. Operativ Media xəbər verir ki, 48 kq-da mübarizə aparan Anaxanım İsmayılova döyüşmədən 1/4 finala yüksəlib. Buna səbəb onun rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina etməsi olub. Nəticədə İsmayılova qalib elan edilib. Qeyd edək ki, mundialda bu gün daha 2 boksçumuz rinqə çıxacaq. Teqlər: "Az\u0259rbaycan\u0131n daha bir boks\u00e7usu D\u00c7-d\u0259 1\/4 finala y\u00fcks\u0259ldi"