Ana səhifə / İdman / UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi 14.03.2025, 11:23 Əziz Əzizli Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 1/8 mərhələsi başa çatdıqdan sonra UEFA ölkə reytinqlərinin siyahısını yeniləyib. Operativ Media xəbər verir ki, yeni siyahıya əsasən, Azərbaycanın mövqeyi dəyişməyib. Azərbaycan 19.625 əmsalla 30-cu pillədə qərarlaşıb. 29-cu sırada Bolqarıstan (19.875), 31-ci pillədə isə İrlandiya (14.968) yer alıb. Siyahıya 109,982 əmsalla İngiltərə rəhbərlik edir. Teqlər: "UEFA reytinqi: Az\u0259rbaycan\u0131n m\u00f6vqeyi d\u0259yi\u015fm\u0259di"