Ana səhifə / İdman / Azərbaycanın daha bir boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi Azərbaycanın daha bir boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi 14.03.2025, 12:38 Əziz Əzizli Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsi başa çatıb. Operativ Media xəbər verir ki, Azərbaycan millisinin daha bir idmançısı adını yarımfinala yazdırıb. Əli Abdullayev (65 kq) Qerq Şaraza (Macarıstan) qalib gəlib – 5:0. O, yarımfinalda Erik Suçi (Çexiya) ilə döyüşəcək. Qeyd edək ki, finala gedən yolda Tural Sarıyev (50 kq) Peter Lakatosla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartla (Uels) döyüşəcək. Teqlər: "Az\u0259rbaycan\u0131n daha bir boks\u00e7usu beyn\u0259lxalq turnird\u0259 yar\u0131mfinala y\u00fcks\u0259ldi"