Menyu

Ayxan Abbasov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi oldu

Əziz Əzizli
Ayxan Abbasov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi oldu

Azərbaycan milli komandalarına yeni baş məşqçi təyinatları baş tutub.

Operativ Media xəbər verir ki, 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi vəzifəsinə Ayxan Abbasov təyin olunub. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

Adları aşağıda göstərilmiş məşqçilər isə müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri təyin olunublar:

Elxan Abdullayev - Azərbaycan U-19

İlham Yadullayev - Azərbaycan U-18 (2008-ci il təvəllüd)

Aqil Nəbiyev – Azərbaycan U-17 (2009-cu il təvəllüd)

Onların hər biri ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.

İcraiyyə Komitəsi AFFA-nın növbəti Hesabat Konfransının tarixini də müəyyənləşdirib. AFFA-nın növbəti Hesabat Konfransı 11 aprel 2025-ci il tarixində keçiriləcək.

Bundan başqa, iclasda Elçin Məmmədovun öz istəyi ilə AFFA İntizam Komitəsindən ayrılması təsdiqlənib.

Teqlər:

"Ayxan Abbasov 21 ya\u015fad\u0259k futbol\u00e7ulardan ibar\u0259t Az\u0259rbaycan millisinin ba\u015f m\u0259\u015fq\u00e7isi oldu"

Əlaqəli Xəbərlər