Ana səhifə / İdman / Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazanıb Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazanıb 15.03.2025, 11:07 Əziz Əzizli Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinin döyüşləri keçirilib. Operativ Media xəbər verir ki, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin 3 idmançısının hər biri qələbə qazanaraq finala vəsiqə əldə edib. 50 kq çəkidə Tural Sarıyev Peter Lakatosla (Macarıstan) qarşılaşıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib. Sarıyev həlledici görüşdə Atilla Bernatla (Macarıstan) üz-üzə gələcək. Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartdan (Uels) güclü olub. Boksçumuz 4:1 hesabı ilə qələbə qazanıb. O, finalda Kruzito Kovaçsla (Macarıstan) döyüşəcək. Əli Abdullayev (65 kq) isə yarımfinalda Erik Suçiyə (Çexiya) qalib gəlib – 5:0. Boksçumuz qızıl medal uğrunda Milan Petrimanla (Macarıstan) qüvvəsini sınayacaq. Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək. Teqlər: "Az\u0259rbaycan\u0131n 3 boks\u00e7usu beyn\u0259lxalq turnird\u0259 finala v\u0259siq\u0259 qazan\u0131b"