Menyu

Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq

Əziz Əzizli
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Operativ Media xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstan yığması ilə üz-üzə gələcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı gürcüstanlı baş hakim idarə edəcək. Matç saat 16:00-da başlayacaq.

Qrupun digər oyununda saat 11:00-da Lüksemburq və Malta seçmələri üz-üzə gələcəklər.

15 mart

Bolqarıstan (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar)

Bayıl stadionu. Saat 16:00

Baş hakim: Mzevinari Sharashanidze (Gürcüstan)

Baş hakimin köməkçiləri: Sopo Tsulaia (Gürcüstan), Kristiana Moreyra Koşta (Portuqaliya)

Dördüncü hakim: Filipa Pereyra Kunya (Portuqaliya)

Teqlər:

"Qad\u0131nlardan ibar\u0259t Az\u0259rbaycan millisi (U-17) Bolqar\u0131stanla qar\u015f\u0131la\u015facaq"

Əlaqəli Xəbərlər