15 Mart 2025, 18:07
Azərbaycan millisi Bolqarıstana qalib gəldi
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bolqarıstana qalib gəlib.
Azərbaycan millisi Bolqarıstana qalib gəldi şəkil
Azərbaycan millisi Bolqarıstana qalib gəldi

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirib.

Operativ Media xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstan yığması ilə üz-üzə gəlib. Bayıl stadionunda təşkil olunan qarşılaşma Nərgiz Qurbanovanın yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Xanım Əsədova (13, 74) və Ayşən Salamzadə (90+3) vurub.

Qrupun digər oyununda Lüksemburq yığması Malta seçməsini 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, millimiz qrupda son oyununu martın 18-də, saat 13:00-da Malta kollektivinə qarşı keçirəcək.

Son xəbərlər
6 ayda bərpa olunan enerji istehsalı 297,2 mln. kVt·st artıb
Tələbələrin köçürülməsi prosesinə start verilib
"Zirə" əlcəzairli müdafiəçi transfer edə bilər
Taksi fəaliyyəti üçün şəhadətnamə necə alınır? - İZAH
Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
15 İyul 2025, 10:56
Ötən gün 3,3 ton narkotik vasitə məhv edilib
Vətəndaşlar daha 4 məlumatı "Mygov"dan əldə edə bilərlər
Ötən gün axtarışda olan 6 nəfər saxlanılıb