Menyu

"Formula 1" üzrə Avstraliya Qran-prisinin qalibi Lando müəyyən olub

Əsəd Abbaslı
"Formula 1" üzrə Avstraliya Qran-prisinin qalibi Lando müəyyən olub

"Formula 1" üzrə Avstraliya Qran-prisinin qalibi "Maklaren"in pilotu Lando Norris olub.

Operativ Media xəbər verir ki, Melbrunda baş tutan yarışda ingiltərəli pilot 1 dəqiqə 27,126 saniyə fərqlə finişə hamıdan tez çatıb.

İkinci yeri "Red Bull"dan niderlandlı Maks Ferstappen tutubsa, "Mersedes" komandasından Corc Rassel üçüncü olub.

6 pilot - Qabriel Bortoleto ("Sauber"). Liam Louson ("Red Bull"), Fernando Alonso ("Aston Martin"), İsak Hacar ("Racing Bulls"), Cek Duen ("Alpine") və Karlos Sayns ("Uilyams") isə yağışlı hava şəraitinə görə finişə çata bilməyib.

Qeyd edək ki, L.Norris ötən gün Qran-pridə sıralama turunu da birinci pillədə bitirmişdi.

Teqlər:

"\"Formula 1\" \u00fczr\u0259 Avstraliya Qran-prisinin qalibi Lando m\u00fc\u0259yy\u0259n olub"

Əlaqəli Xəbərlər