17 Mart 2025, 11:29
"Sabah" tarixi rekorda şərik çıxdı
"Sabah" bu mövsüm 14-cü heç-heçəyə imza atıb.
"Sabah" tarixi rekorda şərik çıxdı şəkil
"Sabah" tarixi rekorda şərik çıxdı

"Sabah” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə 14-cü heç-heçəsini edib.

Operativ Media xəbər verir ki, bu, 27-ci turun “Zirə” ilə görüşünə təsadüf edib – 1:1.

Bununla da ölkə çempionatları tarixinin rekordu təkrarlanıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına şərik çıxıb.

Bunadək üç dəfə eyni klub 14 sülhə imza atıb. 2009/10 mövsümündə “Neftçi”, üç il sonra “Bakı”32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/21 mövsümündə isə “Zirə” eyni sayda heç-heçə edib. Mövsümün sonuna qədər qalan 9 turda qeydə alınacaq bir sülhlə “Sabah” mütləq rekordun müəllifi olacaq.

Son xəbərlər
"Karvan" beş futbolçusu ilə vidalaşdı
Sertifikasiyadan keçə bilməyən 8 minə yaxın müəllimin fəaliyyətinə xitam verilib
Maskerano: "Mənim üçün Messi futbol tarixinin ən yaxşı oyunçusudur"
Qan təzyiqini aşağı salmağa kömək edən 6 təsirli içki
Bazar günü 34 mindən çox abituriyent imtahan verəcək
Azərbaycan və Səudiyyə Ərəbistanı enerji əməkdaşlığını genişləndirir - YENİLƏNİB
DYP yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb