17 Mart 2025, 14:42
Şahin Şahniyarov: "Milli komanda karyerama çox təsir edə bilər"
"Qəbələ" klubunun gənc yarımmüdafiəçisi Şahin Şahniyarov milli komandaya dəvət edilməsi haqda danışıb.
Şahin Şahniyarov: "Milli komanda karyerama çox təsir edə bilər" şəkil
Şahin Şahniyarov: "Milli komanda karyerama çox təsir edə bilər"

Fernandu Santuş tərəfindən bəyənilmək mənim üçün çox xoşdur.

Operativ Media xəbər verir ki, bunu PFL-ə müsahibəsində milli komandaya dəvət edilən "Qəbələ"nin gənc yarımmüdafiəçisi Şahin Şahniyarov deyib.

O, milli komandaya dəvət ediləcəyini gözləmədiyini bildirib.

"Bu xəbər mənim üçün ani oldu. Biraz gözlənilməz idi həqiqətən. 1-ci liqadan futbolçu dəvət olunmağı çox istisna hallarda olur. Bu baxımdan çağrılmağım məni çox xoşbəxt edir. O məsuliyyəti öz üzərimdə hiss eləyirəm. Buradan öz məşqçilərimə də təşəkkürümü bildirirəm".

Şahin Şahniyarov milli komandanın karyerasına çox təsir edəcəyini də vurğulayıb.

"Əlbəttə ki milli komanda hər bir gənc futbolçunun arzuladığı bir yerdir. Hər bir futbolçunun ən böyük arzusu bəlkə də, doğulub böyüdüyü ölkənin milli komandasında forma daşımaqdır. Ona görə də, bu da məni çox sevindirir. Amma öz karyeram özümdən asılı olan bir şeydir. Milli komanda karyerama çox təsir edə bilər. Bundan sonrakı mərhələ mənim özümdən asılıdır. Bunun öhdəsindən gəlməyə çalışacam.

Gənc futbolçu portuqaliyalı mütəxəssis haqqında da danışıb.

"Fernandu Santuş öz adı ilə, sanı ilə tanınmış bir məşqçidir. Portuqaliyada gördüyü işlərlə tanınmış baş məşqçidir. Elə bir baş məşqçi tərəfindən bəyənilmək, həqiqətən mənim üçün də çox xoşdur. Onun etimadını dogruldacam".

Son xəbərlər
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
“Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib
Pakistanda leysan yağışlar 11 nəfərin ölümünə səbəb olub
Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə danışıqlar aparıb
Emin Əmrullayev Ruandanın Türkiyədəki səfiri ilə görüşüb
"Sumqayıt" ilk transferini açıqladı
Rubio və Lavrovun müzakirə etdiyi məsələlər açıqlanıb
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3,4 milyondan çox sərnişinə xidmət edib