Menyu

AFFA rəhbərliyi U-21-in düşərgəsini ziyarət edib

Əziz Əzizli
AFFA rəhbərliyi U-21-in düşərgəsini ziyarət edib

AFFA rəhbərliyi bu gün təlim-məşq toplanışına başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsini ziyarət edib.

Operativ Media xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahagir Fərəcullayev millinin yeni baş məşqçisi Ayxan Abbasova uğurlar arzulayıblar. Ayxan Abbasov isə göstərilən etimada görə təşəkkürünü bildirib. O, U-21-də çalışmağın böyük məsuliyyət olduğunu söyləyib.

Qeyd edək ki, U-21 millimiz martın 18-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Hazırlıq çərçivəsində komandamız martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşündə üz-üzə gələcək.

Teqlər:

"AFFA r\u0259hb\u0259rliyi U-21-in d\u00fc\u015f\u0259rg\u0259sini ziyar\u0259t edib"

Fotogalereya

Əlaqəli Xəbərlər