Menyu

Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Malta ilə qarşılaşacaq

Əziz Əzizli
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Malta ilə qarşılaşacaq

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində üçüncü oyununu keçirəcək.

Operativ Media xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz son matçında Malta yığması ilə üz-üzə gələcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı portuqaliyalı baş hakim idarə edəcək. Görüş saat 13:00-da başlayacaq.

Qrupun digər oyununda eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gələcəklər. Son tur öncəsi Lüksemburq 6 xalla qrupun lideridir. Azərbaycan və Bolqarıstan milliləri hərəyə 3 xalla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşırlar. Qrup sonuncusu Malta seçməsinin aktivində xal yoxdur.

18 mart

Malta (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar)

Bayıl stadionu. Saat 13:00

Baş hakim: Filipa Pereyra Kunya (Portuqaliya)

Baş hakimin köməkçiləri: Kristiana Moreyra Koşta (Portuqaliya), Erinda Kume (Albaniya)

Dördüncü hakim: Eqlantina Pyetruşay (Albaniya)

Teqlər:

"Qad\u0131nlardan ibar\u0259t Az\u0259rbaycan millisi (U-17) Malta il\u0259 qar\u015f\u0131la\u015facaq"

Əlaqəli Xəbərlər