
“Spartak”ın keçmiş yarımmüdafiəçisi Quinsi Promes islam dinini qəbul edib.
Operativ Media-nın məlumatına görə, "Mash" futbolçunun ətrafına istinadən xəbər verib.
Mənbənin məlumatına görə, niderlandlı bu qərarı Hollandiya prokurorluğunun tələbi ilə 2024-cü ilin martında BƏƏ-də həbs olunduqdan sonra verib. Qeyd olunur ki, Promes kriminal hekayələr üzündən həyatının aşağı getdiyini düşünərək həyatını dəyişmək istəyib.
Promes 2014-2018 və 2021-2024-cü illərdə "Spartak"da çıxış edib. 33 yaşlı futbolçu BƏƏ-dədir və orada Niderlanda ekstradisiya ilə bağlı məhkəmə qərarını gözləyir.
Öz ölkəsində futbolçu narkotik qaçaqmalçılığında iştirak etdiyi üçün 7,5 il, bıçaqla adama hücum etdiyi üçün isə 1 il yarım azadlıqdan məhrum edilib. Quinsi hazırda BƏƏ-nin ikinci divizionunda çıxış edən "Dubay Yunayted" klubunda oynayır.