Menyu

"Liverpul"un niderlandlı müdafiəçisi MLS-ə keçmək istəyir

Əziz Əzizli
"Liverpul"un niderlandlı müdafiəçisi MLS-ə keçmək istəyir

"Liverpul"un müdafiəçisi Vircil van Dayk Səudiyyə Ərəbistanından gələn təklifə baxmayaraq, MLS klubuna keçməyi düşünür.

Operativ Media xəbər verir ki, bu haqda "Get French Football News" məlumat yayıb.

Mənbəyə görə, "Liverpul" "Borussiya Dortmund"un 25 yaşlı mərkəz müdafiəçisi Niko Şlotterbeki Vircil van Daykin potensial əvəzləyicisi kimi nəzərdən keçirir. Mersisaydlılar təxminən 50 milyon avroya müqavilə imzalamağı planlaşdırır.

Daha əvvəl bildirilmişdi ki, "Əl-Hilal" Van Dayk üçün "Liverpul"a ilkin təklif göndərmişdi və məbləğ 20 milyon avrodan yuxarı idi.

Vircil van Dayk 2018-ci ilin yanvarından "Liverpul"da çıxış edir. 33 yaşlı müdafiəçi bu mövsüm klubun heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 3 qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.

Teqlər:

"\"Liverpul\"un niderlandl\u0131 m\u00fcdafi\u0259\u00e7isi MLS-\u0259 ke\u00e7m\u0259k ist\u0259yir"

Əlaqəli Xəbərlər